Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şirvanda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

31.01.2025 [14:11]

Xəbərin mətni

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı şəhər ərazisində yerləşən iki evdən oğurluq edən Laçın Zeynalov və Əlizamin Əliyev saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin ümumi dəyəri 2400 manat olan 2 ədəd kombi aparatını oğurlayaraq dəyərindən ucuz qiymətə satdıqları müəyyən edilib.