Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Özünə inam, sabaha ümid - onları birləşdirən dəyər

31.01.2025 [15:15]

Xəbərin mətni

Erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında pozuntularla özünü göstərən ümumi inkişaf problemi olan autizm bütün dünyada geniş yayılıb. Bu sindrom nəticəsində üzə çıxan simptomlarla əlaqədar bəzən autizmli uşaqlar arasında xüsusi istedadların olduğuna inanmırlar. Lakin onların arasında öz maraqlarına uyğun sahələrdə uğurlar qazanan və heç də başqalarından geri qalmayanlar var. AZƏRTAC-ın əməkdaşı autizm mərkəzlərinin birində olub, xüsusi istedada malik uşaqlar barədə reportaj hazırlayıb.