Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Məktəb direktorluğuna namizədlərin fənn bilikləri yoxlanacaq

06.02.2025 [18:23]

Xəbərin mətni

Azərbaycan təhsil sistemində son 10 ildə məktəb direktorları və direktor müavinlərinin təyinatı imtahanlar əsasında həyata keçirilir. Bu proses çərçivəsində minlərlə direktor və direktor müavini məktəblərə təyin olunub. AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, direktorluğa namizədlərin fənn bilikləri yoxlanacaq: “Gələcəkdə məktəb direktorları təyin edilən şəxslər yalnız idarəetmə bacarıqları əsasında deyil, həm də öz fənlərini yüksək səviyyədə bilmələri əsasında qiymətləndiriləcək. Nazirlik hesab edir ki, müəllimlikdən direktorluğa keçən şəxsin əvvəlcə öz fənnini mükəmməl bilməsi vacibdir.