Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bütün dövrlərin ecazkar oyunu: qılıncoynatma

07.02.2025 [13:26]

Tarixi 18-ci əsrlərə qədər gedib çıxan bir idman növü-qılıncoynatma. İlk dəfə idman növü olaraq 19-cu əsrdə Fransada yaranan qılıncoynatmada 3 silahdan istifadə edilir: Rapira, qılınc və şpaqa. Qılıncoynatna mədəniyyəti isə ilk dəfə İspaniyada yaranıb və daha sonra bu mədəniyyət İtaliya və Fransaya yayılıb. Qılıncoynatma üzrə dünya çempionatı ilk dəfə XX əsrdə təşkil olunub. 1921-ci ildə İspaniyada keçirilən çempionatda idmançılar şpaqa növündə güclərini sınayıblar.