Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prorektor Mehmet Şimşir: Türkiyə-Azərbaycan Universiteti modeli dünyada ilk dəfə həyata keçirilir

19.02.2025 [20:51]

Xəbərin mətni

Bu gün Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti, Hacettepe Universiteti və Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyətə başlayan Türkiyə Azərbaycan Universitetinin (TAU) yaradılmasının 1 ili tamam olur. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb. Bu münasibətlə Türkiyə-Azərbaycan Universitetinin prorektoru Mehmet Şimşir AZƏRTAC-a müsahibəsində TAU-nun məqsədi və tədris prosesi ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.