Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin rəhbərliyi və bir qrup tələbəsi AZƏRTAC-da olub
03.03.2025 [20:20]
Xəbərin mətni
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin rəhbərliyi və bir qrup tələbəsi martın 3-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevlə görüşdə qonaqlara agentliyin tarixi, keçdiyi inkişaf yolu və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bir neçə gün əvvəl AZƏRTAC-ın 105 illik yubileyinin keçirildiyini bildirən Vüqar Əliyev qeyd edib ki, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan ilk milli xəbər agentliyi mürəkkəb, çətin və şərəfli yol keçib.