Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir

08.04.2025 [18:24]

Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir. Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər aprelin 8-dən 14-dək müvafiq ərizə formasını dolduraraq idarəyə təqdim etməlidirlər. Qurumun İnsan resursları sektorunun müdiri Aygün Bayramovanın sözlərinə görə yerdəyişmənin əsas məqsədi yaşayış ünvanları dəyişən tərbiyəçi-müəllimlərin öz evlərinə yaxın uşaq bağçalarında işlərinə davam etməsidir.

Bölmənin digər videoları