Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hansı məktəblərdə 1-ci sinfə qəbul sərbəst aparılacaq?

08.04.2025 [19:45]

Bu ildən 1-ci siniflərə qəbul prosesində yenilik tətbiq olunub. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Yeniliyə əsasən, bəzi orta təhsil müəssisələrində 1-ci sinfə qəbul müsabiqə yolu ilə aparılmayacaq.