Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa ikincisi olan güləşçi: Azərbaycan idmanı üçün tarixi uğura imza atdıq

14.04.2025 [22:08]

Xəbərin mətni

Komanda şəklində növbəti dəfə Avropa çempionu olmaqla Azərbaycan idmanı üçün tarixi uğura imza atdıq. Bu sözləri Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal qazanmış yunan-Roma güləşçisi Eldəniz Əzizli jurnalistlərə açıqlamasında deyib.