Zahid Oruc: Təklif edirik ki, Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzi yaradılsın
21.04.2025 [15:54]
Xəbərin mətni
Müasir dövrdə elm və təhsil sahəsində əməkdaşlığın elmi-sosioloji tədqiqatlarla müəyyən olunması türk dövlətləri arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Millətlərarası və regional ictimai fikrin öyrənilməsi, müqayisəli təhlillərin aparılması siyasi elitamız, akademik çevrələrimiz və beyin mərkəzlərimiz üçün xüsusi önəm daşıyır. Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Türk barometri 2024 - türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud reallıqlar və gələcəyə baxış” adlı beynəlxalq konfransda çıxış edərkən deyib.