Vyanada “Əli və Nino”nun öz evinə uzun dönüş yolu” adlı məruzə axşamı təşkil edilib
25.04.2025 [18:44]
Xəbərin mətni
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatında özünəməxsus yerə malik, müxtəlif imzalar altında bənzərsiz əsərlər yaratmış Məhəmməd Əsəd bəyin (Qurban Səid və ya Lev Nussimbaum) anadan olmasının 120 illiyi münasibətilə onun ən məşhur əsəri “Əli və Nino“ romanına həsr olunmuş tədbir təşkil olunub. AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ikigünlük məruzələrin mahiyyəti barədə danışıb.