Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rektor Anar Nağıyev: Azərbaycanın uğurları beynəlxalq auditoriyaya çatdırılır

07.05.2025 [15:19]

Xəbərin mətni

Bu gün biz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş və artıq 16-cı dəfə təşkil edilən “Azərbaycanşünaslığın aktual məsələləri: yeni dövrün Azərbaycanı” mövzusunda beynəlxalq elmi konfransımızı keçiririk. Konfrans son iki ildir ki, “Yeni dövrün Azərbaycanı” devizi altında təşkil olunur. Bu, Ulu Öndərin azərbaycançılıq ideologiyası fonunda formalaşan milli kimliyimizin təhlili, müasir Azərbaycanın keçdiyi inkişaf yolu və regionda tutduğu strateji mövqeyin elmi əsaslarla araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fikirləri jurnalistlərə müsahibəsində Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev deyib.