Azərbaycan Dövlət İnformasiya Agentliyi

BSU rektoru: Süni intellekt təhsil sahəsinə də təsir göstərir

07.05.2025 [16:03]

Xəbərin mətni

Süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilir. Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” bütün sahələrdə olduğu kimi, təhsil sektoruna da əhəmiyyətli təsir göstərməkdədir. Bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev səsləndirib.