Azərbaycan Dövlət İnformasiya Agentliyi

102 yaşlı Əbiş kişi: Müharibə ölümün nəfəsini hiss etməkdir…

08.05.2025 [13:48]

Xəbərin mətni

İkinci Dünya müharibəsi SSRİ xalqları üçün sınaq illəri oldu. Bu sınaqdan mərdliklə çıxan xalqımız faşizmə qarşı döyüş meydanında və arxa cəbhədə misilsiz şücaət göstərdi. O illərdə Azərbaycanın hər bölgəsi öz övladları ilə bu müharibənin tarixinə iz saldı.