Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suverenliyin konstitusion-hüquqi anlayışı və dövlətin xarici siyasəti: Azərbaycan qlobal çağırışlar kontekstində

13.05.2025 [17:00]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Suverenliyin konstitusion-hüquqi anlayışı və dövlətin xarici siyasəti: Azərbaycan qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan konfransın keçirilməsində məqsəd suverenlik anlayışının hüquqi və siyasi kontekstlərdə dəyərləndirilməsi, eləcə də dövlətin müasir dövrdəki xarici siyasət prioritetləri ətrafında fikir mübadiləsi aparılması olub.