Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarix Muzeyində “Mirzə Qədim İrəvani: dövrü, mühiti və yaradıcılığı ” mövzusunda dəyirmi masa keçirilib

15.05.2025 [13:41]

Xəbərin mətni

Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun təşkilatçılığı ilə “Mirzə Qədim İrəvani: dövrü, mühiti və yaradıcılığı” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Prezident İlham Əliyevin görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində təşkil edilib.