Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Ali təhsil sahəsində qarşıya qoyulan əsas məqsədlərdən biri beynəlxalq reytinqlərdə irəliləməkdir

12.06.2025 [13:55]

Xəbərin mətni

Təhsilin inkişafı və gələcək nəsillərin qarşıdakı çağırışlara hazırlıqlı olması üçün atılan addımlar çox önəmlidir. Məktəblərdə şagirdlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, onların yeni dövrün tələblərinə uyğun formada yetişdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu tip layihələr və təlimlər uşaqlarda özünəinam hissini formalaşdırır və bu da uzunmüddətli dövrdə həm əmək bazarına, həm də ölkənin iqtisadi və sosial inkişafına ciddi töhfələr verir. Bu fikirləri elm və təhsil nazirinin müavini Həsən Həsənli VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (ISCEMR-2025) deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI