Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rektor: Ötən il “Scopus” bazasında UNEC əməkdaşlarının məqalələrinə 6 mindən çox istinad olub

12.06.2025 [14:14]

Xəbərin mətni

2024-cü ildə “Web of Science” platformasında Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının 662 məqaləsi yerləşdirilib və həmin nəşrlərə 3432 istinad olunub. 2020–2024-cü illər ərzində UNEC üzrə “Web of Science” platformasında yerləşdirilmiş məqalələr, bütövlükdə Azərbaycan universitetlərinin bu dövrdəki məqalələrinin 19 faizini təşkil edir. Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (ISCEMR-2025) deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI