Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Sevindirici haldır ki, Azərbaycan universitetləri bu axşam açıqlanacaq “THE Impact 2025”in reytinq siyahısında yer alıb

17.06.2025 [15:37]

Xəbərin mətni

Bu axşam “THE Impact 2025”in reytinq siyahısı açıqlanacaq. Sevindirici haldır ki, Azərbaycan universitetləri də bu reytinq sıralamasında yer alıb. Hazırda rəsmi açıqlamaları gözləyirik. Sadəcə onu deyə bilərəm ki, nəticələrimiz ürəkaçandır. Bu fikri İstanbulda keçirilən “Qlobal Dayanıqlı İnkişaf” konqresi çərçivəsində Azərbaycan media nümayəndələrinin suallarını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev ifadə edib.