Braziliyalı professor: COP30-a hazırlıq dövründə fəal əməkdaşlığa görə Azərbaycan dövlətinə minnətdarıq
18.06.2025 [18:10]
Xəbərin mətni
Xüsusilə “Bakıdan Belemə Yol Xəritəsi” üzrə ambisiyaların gücləndirilməsi baxımından ciddi çətinliklərlə üzləşəcəyik. Zənnimcə, ən böyük çətinlik Bakıda verilən vədləri reallığa çevirməkdir. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin vurğuladığı kimi, artıq hərəkətə keçmək vaxtıdır. Ümid edirəm ki, Braziliyada keçiriləcək COP30 Konfransı da böyük uğura imza atacaq. Bu fikirləri Bonn İyun İqlim Sammitində iştirak edən braziliyalı iqlim mütəxəssisi, professor Andrea Souza Santos AZƏRTAC-a müsahibəsində deyib.