Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vəfa Yaqublu: Müəllimləri və müəllimliyə namizədləri fənnin tədrisi metodikasını daha dərindən öyrənməyə çağırırıq

08.07.2025 [12:48]

Xəbərin mətni

Müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər. Sosial şəbəkələrdə metodika üzrə sualların çətin olduğu barədə səslənən fikirlərə münasibət bildirilib. AZƏRTAC xəbər verir ki, bu barədə fikirləri iyulun 8-də 161 nömrəli məktəbdə MİQ imtahanı ilə bağlı açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu səsləndirib.