Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş məşqçi: Üzgüçülərimiz Universiadanın birinci günündə şəxsi nəticələrini yeniləyiblər

17.07.2025 [19:44]

Xəbərin mətni

Bu gün üzgüçülərimiz də 32-ci Ümumdünya Yay Universiadasında mübarizəyə başlayıblar. Dünyanın əksər ölkələrindən tələbələrin mübarizə apardıqları yarışlar uğurla davam edir. Təbii ki, Universiada çox çətin yarışdır. Çünki burada bütün qitələrdə yer alan ölkələrdə yaşayan və təhsil alan idmançılar iştirak edirlər. Bu yarışda iştirak etmək onlar üçün böyük arzudur. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Üzgüçülük Federasiyasının baş məşqçisi Rəşad Əbdürrəhmanov deyib