Ali təhsil sistemində beynəlxalq ikili diplom proqramlarının əhatəsi genişləndirilir
23.07.2025 [12:59]
Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən ali təhsil sistemində beynəlxalq rəqabətin artırılması ilə bağlı əlavə tədbirlər haqqında müvafiq sərəncam imzalanmışdır. Bu sərəncamın əsas məqsədi ölkəmizin ali təhsil sistemində beynəlxalq ikili diplom proqramlarının əhatəsinin artırılmasından ibarətdir. Bu barədə Elm və təhsil nazirinin müavini İdris İsayev məlumat verib.