İdris İsayev: İkili diplom proqramları beynəlxalq təcrübədə geniş istifadə olunur
23.07.2025 [13:09]
Beynəlxalq təcrübədə inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək görərik ki, ikili diplom proqramlarının tətbiqi geniş istifadə olunan alətdir. Bunun ölkəmizdə tətbiqinin əsas məqsədi ali təhsil sistemimizin beynəlxalq ali sisteminə inteqrasiyasının təmin edilməsidir. Bu barədə Elm və təhsil nazirinin müavini İdris İsayev məlumat verib.