Azərbaycan Dövlət İnformasiya Agentliyi

QHT Qərbi Azərbaycan irsi ilə bağlı filmin çəkilişlərini yekunlaşdırıb

21.08.2025 [13:47]

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi Qərbi Azərbaycan irsi ilə bağlı filmin çəkilişlərini yekunlaşdırıb. Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi Azərbaycan İrsi” layihəsi çərçivəsində hazırlanıb.