Zaur Mikayılov: Azad edilmiş ərazilərdə yeni su anbarlarının tikintisi nəzərdə tutulur
11.09.2025 [13:55]
Xəbərin mətni
Azərbaycanın daxili su ehtiyatlarının 30 faizi ölkə ərazisində formalaşır. Bunun çox hissəsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində yerləşir. Beş il əvvəl əldə edilən qələbədən sonra həmin su ehtiyatlarını əldə etmişik. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri sədri Zaur Mikayılov Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında (“Baku Water Week”) jurnalistlərə açıqlaması zamanı deyib.