Agentliyin direktoru: Hazırda QS reytinqində 9 universitetimiz var və onlardan 6-sı “Top Mind” kateqoriyasına daxildir
24.09.2025 [15:22]
Xəbərin mətni
Universitetlərin müxtəlif beynəlxalq platformalarda təqdimatı artıq aydın şəkildə görünür və son illərdə bu sahədə ciddi irəliləyişlər əldə olunub. Əvvəllər Azərbaycanın universitetləri müxtəlif reytinqlərdə ya ümumiyyətlə təmsil olunmurdu, ya da çox məhdud şəkildə yer alırdı. Hazırda QS reytinqində 9 universitetimiz var və onlardan 6-sı “Top Mind” kateqoriyasına daxildir. Bunu jurnalistlərə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.