Bu gün maestro Niyazinin doğum günüdür
20.08.2015 [11:21]
Avqustun 20-də dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə -Hacıbəyovun 103 yaşı tamam olur. Azərbaycan dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Milli ifaçılıq sənətinin inkişafında, milli musiqinin təbliğində maestronun xidmətləri böyükdür.