Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniya-Azərbaycan Ticarət Palatası: Hər iki ölkənin biznes əlaqələri üçün böyük potensial var

07.10.2025 [20:01]

Xəbərin mətni

Bu gün keçirilən tədbirdə Almaniyanın 40-dan çox iş adamı və biznes strukturunun nümayəndəsi iştirak edir. Konfrans çərçivəsində özəl sektorun qarşılıqlı əlaqələrinin genişləndirilməsi və potensial imkanlar müzakirə ediləcək. AZƏRTAC xəbər verir ki, bunu Almaniya-Azərbaycan Ticarət Palatasının sədri Narqis Viek (Nargis Week) Bakıda keçirilən Almaniya-Azərbaycan ixracat və maliyyə konfransında çıxış edərkən deyib.