Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ralf Horlemann: Azərbaycanda Orta Dəhlizin fəaliyyəti üçün geniş infrastruktur layihələr həyata keçirilib

07.10.2025 [20:54]

Xəbərin mətni

Avropa ilə Asiya qitələri arasında ticarət əlaqələrinin inkişafına böyük stimul verən Orta Dəhliz sülh prosesi üçün də əhəmiyyət kəsb edir. Çünki söhbət Azərbaycanın Ermənistan üzərindən Türkiyə və Avropa İttifaqı ilə birləşməsindən gedir. AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakıda keçirilən Almaniya-Azərbaycan ixracat və maliyyə konfransı çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.