Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sözünü də, əməlini də dağlar qədər uca tutan igid zabit

14.10.2025 [14:33]

Xəbərin mətni

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda silaha sarılıb canını fəda edənlərdən biri də “Dağlar oğlu” ləqəbli baş leytenant Ceyhun Əyyubovdur. Uşaqlıqdan vətənpərvərliyi ilə seçilən Ceyhunun amalı hərb sənətinə yiyələnib torpaqlarımızı işğaldan azad etmək idi. Sözünü də, əməlini də dağlar qədər uca tuturdu. İgid baş leytenant Vətənin dağlarında döyüşdü, dağlar qoynunda şəhid oldu. O, uşaqkən qurduğu arzuların arxasınca getdi və həmin arzular onu şəhidlik zirvəsinə apardı.