MƏDƏNİYYƏT


Bu gün xalq artisti Yaşar Nurinin doğum günüdür

Bu gün Xalq Artisti, Dövlət mükafatı laureatı, tanınmış aktyor Yaşar Nurinin doğum günüdür. Teatr aktyoru kimi tanınan sənətkar əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib.