Asəf Cəfərovun “Dəniz mədənləri” əsərinin hekayəsi
24.10.2025 [20:00]
Xəbərin mətni
Asəf Cəfərov 1927-ci ildə anadan olub. Böyük sevgi və lirik fəlsəfi mövzuda yaradılan əsərlər rəssamın yaradıcılığının əsasını təşkil edir. Onun əsərləri yerli və xarici muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır. Asəf Cəfərov 1955-ci ildə çəkdiyi ‘Dəniz Mədəniləri’ əsəri ilə həm o illərin neft ruhunu, həm də dənizlə insan arasındakı əlaqəni rənglərlə ifadə edib. Əsərdə Xəzərin səssiz dalğaları üzərində insan əlinin yaratdığı nəhəng konstruksiyalar əks olunub. Bu lövhə, sadəcə sənaye mənzərəsi deyil, burada bir xalqın zəhməti əks olunub.