Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tofiq Cavadovun neft mənzərəsinə baxışı

21.11.2025 [20:15]

Azərbaycan təsviri sənətində sənaye mövzusu təkcə istehsal prosesinin təsviri deyil, bütöv bir dövrün ruhunu ifadə edən bədii dildir. Tofiq Cavadov-un “Sənaye mənzərəsi” əsəri də həmin ruhu incə bədii vasitələrlə danışdıran nadir nümunələrdən biridir. Rəssam iri neft çənlərini, dənizdə ucalan buruqları, təpələri kəsərək keçən elektrik xətlərini sənaye ritminin musiqisinə çevirməyi bacarır.