Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tahir Salahovun “Təmirçilər” əsəri - Neft və Təsviri Sənətin qovuşduğu an

20.09.2025 [13:00]

Xəbərin mətni

Hər sənət əsərinin ilham qaynağı müxtəlifdir, bəzən gözlənilməz bir anda möhtəşəm ideyalar yarana bilir. “Təmirçilər” tablosu da təsadüfi hadisə nəticəsində ərsəyə gələn mötəşəm əsərlərdəndir. Rəssam Tahir Salahov xatirələrində qeyd edib ki, neftçilərin qrup portretlərini yaratmaq üçün neft daşlarına yollansa da, dənizdə baş vermiş qəza onu bu fikirdən daşındırır. Rəssam kəşf etdiyi yeni qəhrəmanları - qəza yerinə tələsən təmirçiləri kətana köçürməyi qərara alır.