Azərbaycan Dövlət İnformasiya Agentliyi

Torpağın nəbzi: neftin sənətdə ritmi

19.12.2025 [20:00]

Xəbərin mətni

Neft bu torpağın təkcə sərvəti deyil, həm də taleyidir. Azərbaycan təsviri sənətində neft mövzusu illərdir rəssamların baxış bucağında müxtəlif formalarda canlanır. Bu mövzuya fərqli yanaşması ilə seçilən sənətkarlardan biri də müasir Azərbaycan rəssamlığında özünəməxsus dəst-xətti olan Mehdi Nağıyevdir. Onun “Torpağın nəbzi” adlı əsərində dəmir var, torpaq var, mexanika var. Azərbaycan rəssamları bu sərt mənzərəni illərdir romantikləşdirmədən, olduğu kimi təqdim edirlər. Bu dəfə “Neft və təsviri sənət” layihəsində bir rəsmin deyil, bir ritmin izinə düşürük. Torpağın ritminin.