Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinli prorektor: Azərbaycan ilə əməkdaşlıq inkişaf etdikcə, xarici dil bilən peşəkar kadrlara ehtiyac da artacaq

01.11.2025 [19:55]

Xəbərin mətni

Pekin Xarici Dillər Universitetinin (PXDU) prorektoru professor Gao Qanqın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirmək olar. Səfər çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universitetində görüşlər keçirilib, bir sıra yeni anlaşma memorandumları imzalanıb. Görüşlərdə Azərbaycan dili ixtisasının PXDU-da tədrisinin inkişafı, tələbə və tədqiqatçı mübadiləsi, ikili diplom proqramları və Çin dilinin Azərbaycanda tədrisinə dəstək məsələləri müzakirə olunub. Səfər zamanı prorektor Gao Qanq “Çində xarici dillərin tədrisi” mövzusunda mühazirə ilə çıxış edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI