Nazir: Təhsil xərclərinin ÜDM-də payı artır, 2026-cı il üçün bu göstərici 3,7 faiz proqnozlaşdırılıb
13.11.2025 [16:01]
Xəbərin mətni
Son 5 il ərzində dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsait ilbəil artaraq 2021-ci illə müqayisədə 1,6 dəfə yüksəlib. Bu artımlar əsas etibarilə təhsil sahəsində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması tədbirləri çərçivəsində əməyin ödənişi xərclərinin maliyyələşdirilməsinə yönəldilib. Bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-də Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.