Nazir: Tam ştatlı müəllimin əməkhaqqı ölkə üzrə orta əməkhaqqıdan azı iki dəfə yüksək olmalıdır
17.11.2025 [14:34]
Xəbərin mətni
Hazırda konseptual mərhələdəyik. Mövcud saathesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tam ştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik. Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.