Nazir: Qarabağ Universitetində STEAM-in ayrıca bir metodologiya və ixtisas kimi tədrisinə başlanacaq
17.11.2025 [15:17]
Xəbərin mətni
Növbəti tədris ilindən başlayaraq Qarabağ Universitetində həm ayrı-ayrı fənlər üzrə müəllim hazırlığına, həm də STEAM təhsilinin ayrıca bir metodologiya və ixtisas kimi tədrisinə başlanacaq. İnanıram ki, bu, bölgə üçün də böyük bir yenilik olacaq və təhsilin təkcə Bakıda deyil, regionlarda da inkişafına ciddi töhfə verəcək. Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev STEAM Azərbaycan Festivalının (SAF 2025) açılışında deyib.