Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13 qlobal şəhərsalma hərəkatına töhfə verəcək

17.11.2025 [16:07]

Xəbərin mətni

Diplomatik korpusun davamlı dəstəyi sayəsində Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycan üçün növbəti mühüm mərhələ olacaq və qlobal şəhərsalma hərəkatına mühüm töhfə verəcək. Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov jurnalistlərə açıqlamasında deyib.