Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişlidən Türkiyəyə mahlıc ixrac olunur

21.11.2025 [22:10]

Xəbərin mətni

Sahələrdə becərilən “ağ qızıl”ın yığılması üçün zəhmətkeşlər səhər tezdən iş başına keçirlər. Traktorlar və kombaynlar sahələrə səfərbər edilir. Pambıq kolları arasında aşağı sürətlə hərəkət edən kombaynın bunkerinə toplanan məhsul qoşqulara boşaldılır. Traktorlar pambığı mümkün qədər tez zavoda çatdırmağa çalışır. Məqsəd birdir: məhsulu itkisiz və optimal müddətdə emala yönləndirmək.