Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət qurumları arasında IV minifutbol turnirinin açılış mərasimi keçirilib

22.11.2025 [17:22]

Xəbərin mətni

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin açılış mərasimi keçirilib. Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb. Sonra Azərbaycan Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.