Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın əməkdaşları “Napoli” – “Qarabağ” oyunu ilə bağlı proqnoz veriblər

25.11.2025 [19:28]

Xəbərin mətni

“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununa çıxır. Azərbaycan çempionu liqa mərhələsinin V turunda bu gecə səfərdə İtaliyanın “Napoli” klubu ilə qarşılaşacaq. Vacib qarşılaşma ilə bağlı AZƏRTAC-ın əməkdaşları arasında sorğu keçirilib. Agentliyin əməkdaşları oyun üçün öz proqnozlarını açıqlayıblar.