Qriqori İvliyev: Xəstəlikləri erkən mərhələdə aşkara çıxaran süni intellekt tətbiqlərinə patentlər verilməlidir
09.12.2025 [14:22]
Xəbərin mətni
Süni intellekt bir çox xəstəliklərin, məsələn, Altsheymerin erkən mərhələdə aşkarlanmasına imkan verir. Bu kimi digər faydalı tətbiqlərə patent qurumları patent verməlidirlər. Bunu Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev “Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfransdan əvvəl fikirlərini bölüşərkən söyləyib.