AzMİU-nun rektoru: Ulu Öndərin təşəbbüsü ilə yaradılmış universitetimiz 50 il ərzində böyük inkişaf yolu keçib
18.12.2025 [13:42]
Xəbərin mətni
Bu gün bizim universitetimiz üçün çox əhəmiyyətli bir gündür. Azərbaycan Memarlıq və İnşaat Universiteti 50 illik yubileyini qeyd edir. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış bu universitet 50 il ərzində çox böyük inkişaf yolu keçib. Bunu jurnalistlərə müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova deyib.