Beynəlxalq təşkilatlar Ermənistanın cinayətlərinə niyə göz yumur?
25.12.2025 [19:38]
Xəbərin mətni
İşğal dövründə Ermənistanın Azərbaycana qarşı apardığı siyasət təkcə hərbi işğalla məhdudlaşmayıb. Məqsədli şəkildə talançılıq və dağıntılar həyata keçirilib, məscidlər, qəbiristanlıqlar, tarixi və mədəni abidələr məhv edilib. Evlər sökülüb, təbii sərvətlər qanunsuz istismar olunub, ərazilər kütləvi şəkildə minalanıb. Postmüharibə dövründə isə mina partlayışları onlarla vətəndaşımızın həyatına son qoyub. Bütün bu faktlara baxmayaraq, beynəlxalq təşkilatlar uzun illər Ermənistanın törətdiyi cinayətlər qarşısında səssiz qalıb.