Dövlət maliyyəsinin idarə edilməsi istiqamətində aparılan təkmilləşmələrin nəticəli olması üçün 35 tövsiyə verilib
04.11.2026 [18:08]
Xəbərin mətni
Hesablama Palatasının 2027-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Rəyin tərtibi zamanı şərh etdiyi məsələlərin bir hissəsi aradan qaldırılıb və bununla bağlı 24 halda məlumat verilib. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.