Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahib Paşazadə: Missiyamız muğam ənənələrini qorumaq və dünyaya tanıtmaqdır

09.01.2026 [16:07]

Xəbərin mətni

Azərbaycan musiqi mədəniyyətinin ən dərin qatlarını təşkil edən muğamlarımız əsrlər boyu zamanın sınağından keçərək bu günə qədər gəlib çatıb. Bu qədim irsin yaşadılması, qorunması və dünyaya tanıdılması isə artıq ayrıca bir missiyaya çevrilib. Məhz bu missiyanı üzərinə götürən Beynəlxalq Muğam Mərkəzi (BMM) təkcə konsert məkanı deyil, muğamın elmi, yaradıcılıq və mədəni platforması kimi fəaliyyət göstərir. AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə muğam sənətinin müasir dövrdə inkişaf istiqamətləri və mərkəzin həyata keçirdiyi layihələr barədə danışıb.