Toğrul Əsədullayev: Kamança mənim taleyimə çevrilib
12.01.2026 [17:48]
Xəbərin mətni
Kamança Azərbaycan milli musiqi mədəniyyətinin əsrlərdən bəri formalaşmış simli alətlərindən biridir. Xalqın sevinc və kədərini, duyğu və yaşantılarını öz səsində əks etdirən kamança muğam sənətinin əsas daşıyıcılarından sayılır. Onun kövrək, eyni zamanda dərin və təsirli səsi muğamın fəlsəfəsini dinləyiciyə bütün dolğunluğu ilə çatdırmaq gücünə malikdir. İstedadlı kamança ifaçısı, Əməkdar artist, Prezident mükafatçısı Toğrul Əsədullayev AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı sənətə sonsuz sevgisindən, özünün yaradıcılıq yolundan, milli musiqi irsimizin təbliği sahəsində gördüyü işlərdən danışıb.